11 Dek 2018

Ərəb dilini öyrənmək üçün 5 səbəb

Hal-hazırda ərəb dili, BMT – nin rəsmi dillərindən biri olub, dünyanın 26 ölkəsində, rəsmi dil statusuna malikdir. Dünyada 300 milyondan çox insan bu dili ünsiyyət vasitəsi kimi istifadə edir.
Azərbaycanda son 5 ildə bu dilə tələbat və öyrənilməsinə maraq artmaqdadır.
Aşağıda bu dili öyrənmək üçün 5 səbəbi qeyd etmək istərdik;

  1. Ərəb dilini bilməniz Azərbaycanda turizm sahəsində iş tapmağınıza yardım edər.
  2. Əgər ingilis dilini bilirsinizsə, ərəb dilini öyrənməyiniz, Ərəb körfəzi ölkələrində iş tapmağınıza kömək olar.
  3. Ərəb dilini bilməniz sizə ərəb ölkələrində təhsil imkanları yardır, həmçinin burslu təhsil imkanları.
  4. İngilis dilini bilirsinizsə və təhsilinizi qərb ölkələrində davam etdirmək istəyirsizsə, ərəb dili biliyi, Yaxın Şərq araşdırmaları təhsili almağa yardım edər.
  5. Ərəb dilini bilməniz dini mətnləri orijinaldan oxumanıza və daha yaxşı dərk etmənizə şərait yaradar.


Əlbəttə ki, ərəb dilinin verdiyi imkanlar və biliklər daha çoxdur, biz yalnız, Azərbaycan vətəndaşları üçün aktual olabiləcək 5 səbəbi sadaladıq.