14 Dek 2018

Rus dilini öyrənmək üçün 5 səbəb

Rus dili Azərbaycanda rəsmi statusa malik olmasa da kifayət qədər işlənən bir dildir. Son zamanlar, xüsusilə gənc nəsil arasında bu dilin öyrənilməsinə maraq artıb.

BMT – nin rəsmi dillərindən biri olan rus dilini, dünyada 200 milyondan çox insan ünsiyyət vasitəsi kimi istifadə edir.

Azərbaycanda rus dilinin öyrənilməsi üçün 5 səbəbi sadalamaq istərdik;

1, Azərbaycan Rusiya imperiyası, daha sonra isə SSRİ tərkibində olduğundan, ölkəmiz haqqında bu dildə xeyli ədəbiyyat və tarixi məlumatlar mövcudur. Hətta ADR dövrünə aid bəzi tarixi sənədlər rus dilindədir.

2, Son zamanlar Azərbaycanda turizmin inkişafı ilə bağlı, Rusiyadan və digər MDB ölkələrindən gələn turistlərin sayında ciddi artım müşahidə olunur. Bu isə öz növbəsində bu sahədə rus dilini bilən insanlara ciddi tələbat yaradır.

3, Bir çox azərbaycanlı gənc təhsil üçün Qərb ölkələrini və Türkiyəni seçsə də, Rusiya və Ukraynaya təhsil almağa yollanan xeyli azərbaycanlı tələbə var, bu tələbələrə rus dilini ya sıfırdan öyrənmək ya da təkmilləşdirmək lazımdır.

4, Rusiya və MDB ölkələrində müxtəlif sahələrdə milyonlarla azərbaycanlı çalışır, rus dili biliyi bu insanların həyatını və biznesini asanlaşdırar.

5, İşə qəbul zamanı, ingilis dili biliyi ilə yanaşı rus dili biliyi də, namizəd üçün pozitiv rol oynaya bilər.