21 Dek 2018

Mühacirət etməyi planlaşdıran insanlar üçün dil kursu

Son zamanlar Azərbaycandan bəzi ingilis dilli ölkələrə işləməyə və ya daimi yaşamağa gedən insanların sayı artıb.

Bu insanların getdikləri ölkələrdə ən çox rastlaşdığı problemlərdən biri dil problemidir. 

Bir çox insanlar Azərbaycanda ikən ingilis dilinin öyrənilməsinə əhəmiyyət vermir və hesab edir ki, o dilin danışıldığı ölkədə dili daha tez öyrənə bilərlər.  Amma müəyyən bir baza olmadan, bu ya çox çətin, ya da mümkünsüz olur.

Advanced Educationun mühacirət etmək istəyənlər üçün təşkil etdiyi xüsusi kurs, insanlara gündəlik həyatda, məişətdə, işdə lazım olacaq ingilis dilini öyrədir. Bu kursda siz qəliz qrammatik qaydaları və akademik yazı üsulunu deyil, ilkin vaxtlarda sizə lazım ola biləcək bazanı öyrənəcəksiniz.