21 Mar 2019

Bakıda İctimaiyyətlə əlaqələr mövzusunda seminar keçiriləcək

İstər iş dünyasında, istər ictimai həyatda və siyasətdə PR-ın – ictimaiyyətlə əlaqələrin önəmi və bu sahəyə maraq günü-gündən artmaqdadır.

Bunu nəzərə alaraq, Hajizade Group şirkətinin təhsil sahəsində fəaliyyət göstərən törəmə şirkəti Advanced Education martın 30-da bu sahədə tanınmış mütəxəssislərin iştirakı ilə İctimaiyyətlə Əlaqələr mövzusunda seminar təşkil edir.

Seminarda PR Laboratoriya şirkətinin təsisçisi Afət Yaqubova, influencer və PR menecer Natella Osmanlı, həmçinin Hajizade Group şirkətinin baş direktoru Əli Hacızadə iştirak edəcəklər.

Mövzular:

Afət Yaqubova – PR-da strateji yanaşmanın vacibliyi: strateji planın hazırlanması.

Natella Osmanlı – Sosial şəbəkələrin İctimaiyyətlə əlaqələrdə rolu.

Əli Hacızadə – Siyasi PR və siyasətdə PR.

Qonaqlar həm spikerlərin təcrübəsi ilə tanış ola biləcək, həm də onları maraqlandıran sualları verə biləcəklər. İştirak etmək üçün buradan qeydiyyatdan keçə advanced.az/qeydiyyat və ya facebook event’a qoşula bilərsiniz.

Təşkilati və texniki dəstək Hajizade GroupRed Lab

*Qeyd – seminarda iştirak tamamilə pulsuzdur.

Ünvan: Keykab Səfərəliyeva küçəsi 5, Holiday Inn oteli

Əlaqə telefonları: 070 999 18 88, 070 911 18 88

Xəritədə bax — https://goo.gl/maps/gNz8BC5GKS92