31 Mar 2019

İctimaiyyətlə Əlaqələr mövzusunda seminar

Dünən Bakıda Holiday Inn otelində Advanced Education şirkətinin təşkil etdiyi İctimaiyyətlə Əlaqələr üzrə seminar baş tutdu.

Seminar əsnasında spikerlər öz təcrübələri ilə bölüşdü, qonaqların suallarını cavablandırdı.

Qeyd edək, seminara gözləniləndən daha çox iştirakçı qatılmışdı və seminar planlanan vaxtdan bir saat gec bitdi. Bu fakt Azərbaycanda İctimaiyyətlə Əlaqələrə xüsusi marağın olmasına dəlalət edir.

Seminarda PR Laboratoriya şirkətinin təsisçisi Afət Yaqubova, influencer və PR menecer Natella Osmanlı, həmçinin Hajizade Group şirkətinin baş direktoru Əli Hacızadə spiker qismində çıxış etdilər. Bununla yanaşı, bir çox media nümayəndəsi, ictimai xadimlər, millət vəkilləri, bu sektorun nümayəndələri, tələbələr də tədbirə qatılmışdılar.

Qeyd edək ki, Advanced Education 2012 – ci ildən Azərbaycanda İctimaiyyətlə əlaqələr sahəsində fəaliyyət göstərən Hajizade Group şirkətinin təhsil sahəsində fəaliyyət göstərən qoludur.

Təxniki dəstək RedLab şirkəti tərəfindən təqdim olunub.