09 May 2019

Dünyada və Azərbaycanda qızların təhsili, problemlər və onların həlli yolları

Mayın 16-sı saat 13:00-da Bakı Winter Park otelində «Dünyada və Azərbaycanda qızların təhsili, problemlər və onların həlli yolları» mövzusunda seminar keçiriləcək.

UNESCO-nun məlumatına əsasən, 6-17 yaş arası 130 milyon qız və gənc qadın məktəbə getmir.

Bunlardan 15 milyonu ibtidai sinif şagirdlərinin yaş qrupuna aid qız uşaqlarıdır.

 

Azərbaycanın bölgələrində də qızların təhsil məsələlərində müəyyən problemlər mövcuddur. Son dövrlər müsbət dəyişikliklər nəzərə çarpsa da, bütövlükdə bu sahədə hələ də çətinliklər qalmaqdadır.

Seminarda Azərbaycanda və dünyada qızların və gənc qadınların təhsili sahəsində olan aktual problemlər, onların aradan qaldırılması yolları, habelə təhsilin keyfiyyətinin artırılması, müasir tələblərə uyğunlaşdırılması üsulları müzakirə olunacaq.

«Advanced Education»ın təşkilatçılığı ilə keçirilən tədbirin baş spikerləri Azərbaycan Respublikası Milli Məclisinin deputatı, parlamentin Elm və Təhsil komitəsinin üzvü Sona Əliyeva, Beynəlxalq Sülh Elçiləri Təşkilatının 2019-2020–ci illər üçün Sülh Elçisi Məhəmməd Sari Alzou’bi olacaq.

Təhsil, qadın hüquqları sahəsində çalışanlar və ümumiyyətlə bu mövzu ilə maraqlanan hər kəs tədbirə dəvətlidir.

Texniki dəstək redlab.az

Əlavə məlumat

Tel: 070 911 18 88

Mail: [email protected]

Qeydiyyat — advanced.az/qeydiyyat/