19 May 2019

«Dünyada və Azərbaycanda qızların təhsili» seminar

Mayın 18 Bakıda Advanced Education şirkətinin təşkilatçılığı ilə «Azərbaycanda və dünyada qızların təhsili» mövzusunda seminar keçirilib. Tədbirin baş spikerləri Azərbaycan Respublikası Milli Məclisinin deputatı, parlamentin Elm və Təhsil komitəsinin üzvü Sona Əliyeva, Beynəlxalq Sülh Elçiləri Təşkilatının 2019-2020–ci illər üçün Sülh Elçisi Məhəmməd Sari Alzou’bi olub, bundan əlavə təhsil sahəsində fəaliyyət göstərən bir çox QHT və təhsil müəssisəsi rəhbəri və nümayəndəsi də seminara qatılıb, öz fikirləri ilə bölüşüblər.