02 Sen 2019

IELTS testinin nəticəsi harada tanınır?

IELTS testinin nəticəsi her yerdə olmasa da, amma bir çox ingilisdilli (son zamanlar ingilisdilli olmayan ölkələr də əlavə olunub) ölkələrin ali təhsil müəssisələri tərəfindən tanınır. ABŞ-da bəzi universitetlər hələ də ancaq TOEFL testinin nəticəsini tələb edir, lakin bunların arasında IELTS sertifikatını tanıyan və qəbul edən xeyli universitet mövcuddur. Məsələn, ABŞ-da magistratura təhsili üçün ali təhsil müəssiəsinin tələb etdiyi IELTS göstəricisi 6,5–7,5 arasında dəyişir. Misal olaraq, Harvard İlahiyyat məktəbi magistraturaya daxil olmaq istəyən tələbələrdən IELTS testlərinin göstəricilərinin ən az 7,5 olmasını tələb edir. Lakin bir çox hallarda 8.0 göstəricisi olanlar qəbul olunur. Təbii ki, universitetə qəbul zamanı IELTS göstəricisi yeganə meyar deyil, amma əhəmiyyətli göstəricidir.

Advanced Educationun təklif etdiyi IELTS dərslərinə yazılmaq üçün:

Ətraflı məlumat üçün Tel/Whatsapp 070 999 18 88