Tibbi İngilis dili

Advanced Education tibb işçilərinə və tibbi təhsil alan tələbələrə “Tibbi ingilis dili” kursu təklif edir. İngilis dili tibbdə çox geniş istifadə olunur. Həkimlər konfranslarda həmkarları ilə ünsiyyət qurur, həkimə ingilis dilli əcnəbi pasient müraciət edə bilər, bir çox tibbi avadanlıqlar xaricdə istehsal olunduğundan onlardan istifadə üçün müəyyən ingilis dili bilikləri tələb olunur. Bundan əlavə, ingilis dili biliyi, bu dildə olan elmi ədəbiyyatla tanış olmağa, tərcüməsi bizim dildə olmayan tibbi materialları oxumağa imkan verir. Həmçinin, karyerasını xarici ölkələrdə davam etdirmək istəyən həkimlər və təhsilini xaricdə davam etdirmək istəyən tələbələr üçün də ingilis dili bilgisi zəruridir.

Qeydiyyat: Tibbi İngilis dili

Qeydiyyatdan keç

Bu kursu paylaş